Sentyabrın 26-dan 30-dək Moskvada nüvə proqramları hazırlayan müxtəlif ölkələrin liderlərinin iştirak edəcəyi Dünya Atom Həftəsi keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu tədbirə dəvət olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə “MediaHub.am” mənbəyə istinadən məlumat yayıb.
Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə ayrıca görüş keçirəcəyi də bildirilir.
Məsələ ilə əlaqədar Ermənistan Baş nazirinin Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Armen Xaçatryan saytın sorğusuna cavab olaraq bildirib ki, hökumət başçısının səfərləri barədə məlumat vaxtında verilir.












