
Ukraynada münaqişənin həllində əsas məsələlər ərazi məsələsi və Kiyevə təhlükəsizlik təminatının verilməsidir.
Gununsesi.info -nun xəbərinə görə, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens “One America News” telekanalına müsahibəsində bildirib.
“Məsələlərdən biri ərazidir. Rusiya, təxminən, 6 min kvadrat kilometr ərazi istəyir”, – o vurğulayıb.
ABŞ-nin vitse-prezidenti qeyd edib ki, bu ərazilər hələ də Rusiyanın nəzarətinə keçməyib.
“Digər tərəfdən isə ukraynalılar təhlükəsizlik zəmanəti istəyirlər”, – deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, ukraynalılar əmin olmaq istəyirlər ki, sövdələşmə etsələr, ruslar bir neçə aydan sonra geri qayıtmayacaqlar.