“Beşiktaş” yeni transferini açıqladı - FOTO

Türkiyənin “Beşiktaş” klubu yeni futbolçu transferini açıqlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.

“Kayserispor”dan Gökhan Sazdağ heyətə cəlb edilib. 30 yaşlı cinah müdafiəçisi ilə 2+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Gökhan Sazdağ 2021-ci ildən “Kayserispor”da çıxış edib.