ABŞ ordusu Hörmüz boğazındakı minaların tamamilə təmizlənməsinin altı aya qədər vaxt apara biləcəyini təxmin edir.
Gununsesi.info xəbərinə görə, bu barədə “The Washington Post“ mənbələrə istinadən məlumat yayıb.
Brifinqdə boğazın sularını təmizləmək üçün hər hansı bir əməliyyata, hərbi əməliyyatlar bitənə qədər başlamaq mümkün olmayacağı da vurğulanıb.
Qəzet münaqişənin mənfi nəticələrinin 2026-cı ilin sonuna qədər qlobal iqtisadiyyata təsir göstərməyə davam edəcəyini ehtimal edir.











