Politoloq: “Şəffaf bölgü olarsa, Şuranın effektivliyi daha da artacaq”

  • By Admin2
  • 20 Fevral 2026 13:29

Vaşinqtonda keçirilən Sülh Şurası ilə bağlı müzakirələr davam edir.

Fəaliyyət istiqamətləri aydın olsa da, suallar yaranır.

Məsələn, maraqlıdır, ABŞ-nin və digər dövlətlərin bu şuraya töhfələri və rolu necə ola bilər?

Sadaladıqları vəsaitin (məsələn, 7 milyard USD-dən çox) səmərəliliyi necə qiymətləndirilə bilər?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, ABŞ başda olmaqla, Sülh Şurasına üzv digər dövlətlər də bu platformaya maliyyə və siyasi dəstək göstərirlər:

“Verilən məlumatlara görə, şuraya 7 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Mənim fikrimcə, bu məbləğ əsasən regionda münaqişədən zərər görmüş ərazilərin bərpasına xərclənəcək. Lakin qeyd etmək lazımdır ki, 7 milyard dollar uzun müddət ərzində yaranmış zərərləri tam kompensasiya etmək üçün kifayət etmir və bərpa işləri üçün yalnız ilkin dəstək xarakteri daşıyır”, – deyə o qeyd edib.

Siyasi şərhçi o cümlədən deyib:

“İndiki mərhələdə Sülh Şurası uğurlu platformadır. Şuranın fəaliyyəti yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, həm də region ölkələrinin dialoqunu gücləndirir, təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün şərait yaradır. Gələcəkdə isə şuranın effektivliyi daha da artıra bilər, əgər vəsaitin bölüşdürülməsi şəffaf şəkildə həyata keçirilərsə və layihələr uzunmüddətli planlara uyğun icra olunarsa”.

Turan Rzayev onu da deyib ki, hazırkı vəziyyətdə Sülh Şurası mövcud şəraitdə “heç olmasa mövcuddur” deyə qiymətləndirilə bilər:

“Yəni tam mükəmməl olmasa da, yoxdansa, mövcudluğu region üçün müəyyən ümid və dəstək yaradır. Bu platforma həm Azərbaycan, həm də qonşu ölkələr üçün dialoq və bərpa prosesində mühüm vasitə rolunu oynayır. Azərbaycan uğursuz bir təşkilatda zənnimcə yer almaz. Prespektiv görülür ki biz də buradayıq”.

Orxan

Gununsesi.info