Politoloq və təqaüddə olan FSB polkovnik-leytenantı Aleksandr Belyayev Tsargrad.tv- yə verdiyi müsahibədə Ukrayna lideri Zelenskinin Kiyev üçün ABŞ-nin15 illik təhlükəsizlik zəmanətinin yetərli olmadığı barədə son açıqlamasına münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, ekspertin fikrincə, bu məlumat məxfi saxlanılmalıdır, lakin Zelenski sülh prosesini pozmaq üçün bunu qəsdən açıqlayıb.
“Amerikalılar Zelenski ilə, hətta onlar üçün çox həssas olan məsələlərdə belə, razılaşmağa çalışan kimi, Zelenski dərhal məsələni qaldırır. Düşünürəm ki, hətta üçtərəfli komissiya (Rusiya, ABŞ, Ukrayna) bir növ yaxınlaşmaya nail olsa belə, Zelenski hər şeyi yolundan sapdıracaq”, – Belyayev bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti bu yaxınlarda Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Kiyevin Vaşinqtondan 15 illik təhlükəsizlik zəmanəti təklifi aldığını, lakin bu müddəti qeyri-kafi hesab etdiyini bildirib.
O, ölkənin ən azı 30 illik öhdəliyə ehtiyacı olduğunu düşünür.
Maqsud












