Qusarda maşın aşdı - Xəsarət alanlar var

Qusarda avtomobil aşıb

Gununsesi.info-nun məlumatına görə, hadisə Qusar – Şahdağ avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Renault” markalı maşın yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə maşında olan – Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar rayon xəstəxanasına çatdırılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Gununsesi.info