Suriya dövlət mediası paytaxt Dəməşqdə güclü partlayışın eşidildiyini bildirib. İsrail Dəməşqdəki Baş Qərargah qərargahının girişinə hücum etdiyini açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə güclü partlayış səsi eşidilib. Suriyanın dövlət xəbər agentliyi SANA, müxbirə istinadən “Dəməşqdə partlayış səsi eşidilib, partlayışın mahiyyəti araşdırılır” xəbərini verib.
“Reuters”in məlumatına görə, İsrail ordusu da məsələ ilə bağlı bəyanat yayıb və bildirib ki , bir müddət əvvəl Suriya hərbi qərargahının giriş qapısına hücum təşkil edilib.
İsrailin hücumu Suriyanın druz əhalisinin cəmləşdiyi Suveyda əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qruplar arasında qarşıdurmaların davam etdiyi vaxta təsadüf edib.
İki İsrail döyüş təyyarəsi dünən Suveydanın şərqindəki Sila Hərbi Hava Limanına və şəhər mərkəzinə 7 hava hücumu təşkil edib.
İsrail ordusu, Dəməşqə hücumu açıqlayan açıqlamada, “İsrail ordusu, rejimin Suriyanın cənubundakı druz dinc əhaliyə qarşı hərəkətlərini və inkişaflarını izləməyə davam edir. Siyasi səviyyədən gələn təlimatlara uyğun olaraq bölgədə hücumlar həyata keçirir və müxtəlif ssenarilərə hazırlaşır” deyib.
İsrail ordusu da bəyanatında Suriyanın sərhəd bölgəsində qüvvələrini gücləndirəcəyini açıqlayıb.
Orxan













