Rusiyada saxlanılan daha 4 azərbaycanlıya - Bu qədər həbs cəzası verildi

  • By Admin2
  • 22 İyul 2025 12:31

Moskvada 1000-dən çox miqranta saxta sənədlər düzəltməkdə ittiham olunan 4 azərbaycanlı saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, Rusiya və Azərbaycan vətəndaşlığı olan 4 nəfər barəsində Çertanovski Rayon Məhkəməsinin hökmü qüvvəyə minib. İlham Məmmədov, Ədalət Rəcəbov, Qüdrət Mustafayev və Hüseyn Rəcəbli qanunsuz miqrasiyanın təşkilinə görə 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər əcnəbilər üçün saxta miqrasiya sənədləri hazırlamaqda ittiham olunurlar. İstintaqın məlumatına görə, qrup üzvləri ümumilikdə 1000-dən çox əcnəbidən azı 2 milyon rubl (43 472 manat) əldə edib.

Araşdırma zamanı saxta sənədlərin hazırlanması ilə məşğul olan iki qanunsuz laboratoriya da ləğv edilib.

Gununsesi.info