Astarada zəncirvari yol qəzası oldu

  • By Günel
  • 21 İyul 2025 19:22

Astarada 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Astara rayonunun İstiqlaliyyət küçəsində 4 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, dönmə əməliyyatı zamanı “Opel” markalı avtomobil “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin ardınca “Mercedes” və “Moskviç” markalı iki digər avtomobil də toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hadisəyə qarışan hər dörd avtomobilə ciddi maddi ziyan dəyib. Hadisə yerinə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunubQəzanın başvermə səbəbləri araşdırılır.

Gununsesi.info