
Fransanın cənubunda yüzlərlə yanğınsöndürən, səlahiyyətlilərin “ölkədə son onilliklərin ən böyük yanğını” kimi təsvir etdiyi kütləvi və ölümcül meşə yanğınının qarşısını almağa çalışır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bölgəyə səfər edən Fransanın baş naziri Fransua Bayru yanğını “görünməmiş miqyaslı fəlakət” kimi qiymətləndirib. Mülki Müdafiə rəisi Julien Marion, bunun 1949-cu ildən bəri ölkədə baş verən ən böyük yanğın olduğunu bildirdi.
Yanğın çərşənbə axşamı günortadan sonra Aude departamentinin Ribaute bələdiyyəsi yaxınlığında başlayıb. Səlahiyyətlilərin məlumatına görə, bir nəfər həlak olub, ikisi mülki şəxs olmaqla 13 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyəti bu günə kimi ağır olaraq qalır. Üç nəfərin itkin düşdüyü bildirilir.
Orxan