“Ölkə hazırda “tammiqyaslı müharibə” vəziyyətindədir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O, əlavə edib ki, Ali Liderin sui-qəsdi ABŞ və İsrail tərəfindən törədilib və Tehran buna görə qisas alacaq.
Əraqçi təhlükəsizlik qüvvələrinin bütün hazırlıqlarını gücləndirdiklərini və düşmənə ciddi cavab veriləcəyini vurğulayıb.











