Tramp: "İran nüvə silahından imtina edəcəyini bildirir"

ABŞ Prezidenti Donald Tramp İranın şəxsi təmaslarda nüvə silahından tam imtina edəcəyini bildirdiyini, lakin açıq şəkildə uranın zənginləşdirilməsi hüququndan danışdığını deyib.

Gununsesi.info  “The New York Post”a istinadən xəbər verir ki, Tramp İranın bu məsələdə səmimiyyətinə əmin olmadığını qeyd edib.

Onun sözlərinə görə, İslamabadda keçiriləcək danışıqlarda ABŞ tərəfi yüksək zənginləşdirilmiş təxminən 450 kq uranın təhvil verilməsi, Hörmüz boğazının açılması, regional qruplaşmalara dəstəyin dayandırılması və ballistik raket proqramının məhdudlaşdırılmasını tələb edəcək. İran isə sanksiyaların ləğvinə çalışır.

Qeyd edək ki, tərəflər aprelin 7-də ikihəftəlik qarşılıqlı atəşkəs barədə razılığa gəliblər.

Gununsesi.info