Türkiyədə 83 miqrant saxlanıldı - FOTO

  • By Günel
  • 05 Avqust 2025 08:13

Türkiyənin İzmir şəhərində 83 miqrant saxlanılıb.

Gununsesi.info “TRTHaber”ə istinadən xəbər verir ki, Sahil Mühafizə Xidməti pilotsuz uçan aparatla rezin qayığın nizamsız hərəkətini müəyyən edib.

Baxış zamanı rezin qayıqda 5-i uşaq olmaqla 30 qeyri-qanuni miqrant saxlanılıb.

Menderes sahillərində isə 1-i uşaq olmaqla 19, Çeşmə sahillərində isə 2-si uşaq olmaqla 23 qeyri-qanuni miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.