Müdafiə Nazirliyi məlumat yaydı

  • By Günel
  • 04 Avqust 2025 19:10

Avqustun 4-də saat 13:10 radələrində Sünik rayonu ərazisindəki döyüş mövqeləri arasında yol tikinti işləri aparan ekskavatora Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Gununsesi.info -ya Azərbaycan MN-dən bildirilib.

“Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb” – məlumatda qeyd olunub.

Gununsesi.info