“Putin Zelenski ilə görüşə bilər” - Peskov

  • By Günel
  • 04 Avqust 2025 19:40

“Rusiya Prezidenti Vladimir Putin müvafiq hazırlıqdan sonra Ukrayna lideri Volodimir Zelenski ilə potensial görüşü istisna etmir”. 

Gununsesi.info xəbər verir ki, “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezidentin özü də daim belə bir görüşün keçirilməsini istisna etmir. Lakin belə görüş üçün hazırlıq işləri hələ tam görülməyib”, – deyə Peskov bildirib .

Qeyd edək ki, avqustun 1-də Zelenski münaqişənin həllini müzakirə etmək üçün Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Gununsesi.info