
Ucar yaronunda yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Qəziyan kəndi yaxınlığında qeydə alınıb.
Avtomobillərin toqquşması zamanı 4 nəfər yaralanıb.
Müxtəlif bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü Pərviz Cəbrayılov, 1999-cu il təvəllüdlü Bahadur Tağıyev, 1993-cü il təvəllüdlü Vahid Abuşov və 2014-cü il təvəllüdlü İsa Əhmədov xəstəxanaya çatdırılıb.
Hadisə zamanı xəsarət alan şəxslər rayon sakinləridir.
Faktla bağlı araşdırma aparılır.