Bu gün səhər saatlarında Gununsesi.info Bakıda “Aİ-95” markalı benzinin satışında qıtlıq olduğunu yazmışdı.
Belə ki, məsələ ilə bağlı “SOCAR Petroleum” QSC son günlər Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışının dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Qeyd olunub ki, “son günlər yüksək tələbat səbəbindən bəzi stansiyalarda müvəqqəti olaraq yanacaq ehtiyatı tükənib”:
“Lakin bu gündən etibarən bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.
Afət













