Türkiyədə meşə yanğını başladı

  • By Günel
  • 05 Avqust 2025 19:26

Türkiyənin Karabük şəhərinin mərkəzinə bağlı Arıcak kəndində meşəlik ərazidə güclü yanğın başlayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürmə briqadaları və Meşə Təsərrüfatı İdarəsinə məxsus xüsusi texnikalar cəlb olunub.

Yüksək və maili ərazidə alovların qarşısını almaq üçün müdaxilə tədbirləri davam etdirilir.

Gununsesi.info