Cey Di Vensin fikrincə, ABŞ-ın İrandakı əməliyyatı İraq və Əfqanıstandakı hərbi əməliyyatlardan fərqlənir və illərlə uzanmayacaq.
Gununsesi.info Fox News-a itinadla xəbər verir ki, ABŞ vitse-prezidenti müsahibəsində bildirib:
“Fərq ondadır ki, prezident nəyə nail olmaq istədiyini dəqiq müəyyən edib və Donald Tramp sadəcə bu ölkənin sonu görünməyən və aydın məqsədi olmayan çoxillik münaqişəyə cəlb olunmasına icazə verməyəcək”.
Vens sözlərinə görə, aydın bir məqsədin olması ABŞ-nin İraq və Əfqanıstanla bağlı yaşadığı problemlərlə üzləşmək niyyətində olmadığını göstərir:
“O (Tramp – red.) məqsədi belə müəyyən edib: İran nüvə silahına sahib ola bilməz və nüvə potensialını heç vaxt bərpa etməyə cəhd etməmək üçün uzunmüddətli öhdəlik götürməlidir”.
Vens bildirib ki, Tramp İranın nüvə silahı hazırlamağa hazır olduğunu bilir və milli təhlükəsizliyi qorumaq üçün lazımi tədbir görmək qərarına gəlib.











