Ermənistana rəsmi səfərə gələn ABŞ vitse-prezidenti Ceyms D. Vens ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Gununsesi.info xəbər verir ki, Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb və həmçinin foto paylaşıb.
“ABŞ vitse-prezidenti Ceyms D. Vensi İrəvanda salamlayıram”, – deyə o yazıb.
Qeyd edək ki, ABŞ vitse-prezidentini Zvartnots hava limanında Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan, İrəvan meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan qarşılayıb. Vens 9 fevralda həyat yoldaşı Uşa Vens ilə birlikdə Ermənistana rəsmi səfərə gəlib.
Amerika nümayəndə heyətinə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxildir.
Görüşdən sonra ABŞ vitse-prezidenti və Ermənistanın baş naziri bəyanatlar verəcəklər.














