Gununsesi.info-nun məlumatına görə, Xatirə İslam bununla bağlı öz sosial şəbəkə hesabında açıqlama yayıb:
“Mən çox zaman haqqımda yayılan xəbərlərə münasibət bildirmirəm. Bu pis və ya yaxşı xəbər ola bilər. Xəbərin başlığından. Qoyulan başlıqdan bilirəm ki, bu xəbər hansı niyyətlə yazılıb. Mən onları Allaha həvalə edirəm. Bu gün də qarşıma bəzi xəbərlər çıxdı. Demək istəyirəm ki, bunlar gerçək deyil. Mən yeni il günü Bakıda olacağam”.
Lakin o, Bakıda olacağını desə də, yalnız Xankəndidəki konsertdən imtina etməsinin səbəbini açıqlamayıb.
Elmar












