close

3 saylı Uşaq Evinin direktoru işdən çıxarıldı

Mehriban Əliyeva və Məhbubə Hüseynova. Foto: mehriban-aliyeva.az

Məhbubə Hüseynovanı indi Gülnarə Şəmiyeva əvəzləyəcək

Xətai rayonundakı 3 saylı Uşaq Evinin direktoru Məhbubə Hüseynova işdən çıxarılıb.

Bakı Şəhər İcra Hakimiyyəti və sözügedən uşaq evindən məlumatı təsdiqləyiblər. Bildirilir ki,

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının rəhbəri və məsul əməkdaşları uşaq evinin kollektivi ilə görüşüb.  Direktor vəzifəsinə Gülnarə Şəmiyeva təyin edilib.

Həmçinin son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

3 saylı Uşaq Evində qalan yeniyetmələrdən biri oradakı vəziyyəti tənqid etdikdən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi. Bundan sonra həmin xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin psixi durumunda problem olmadığını bildirmişdi. Baş həkim bu açıqlamasından 1 gün sonra yaş həddi əsas gətirilərək işdən çıxarıldı. Baş verənlər sosial şəbəkərlərdə və yerli mediada gündəm oldu. Yeniyetmə sonradan xəstəxanadan çıxarılaraq təkrar sözügedən uşaq evinə yerləşdirildi.

Ana səhifəSosial3 saylı Uşaq Evinin direktoru işdən çıxarıldı