close

ABŞ əsgəri Şimali Koreyaya keçib

Şimali və Cənubi Koreya sərhədi. Foto: “katc.com”

Travis Kingin icazəsiz sərhədi keçərək, həvəslə qaçdığı bildirilir

Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədi icazəsiz keçən ABŞ ordusunun xidmətdə olan əsgəri saxlanılıb.
“BBC News” yazır ki, Pentaqonun 2-ci dərəcəli (PV2) əsgər, 23 yaşlı Travis King kimi tanıdığı şəxs BMT-nin idarə etdiyi iki ölkəni ayıran zonada mütəşəkkil turda olub.

Hadisə dünyadan təcrid olunmuş Şimali Koreya ilə münasinətlərin gərginləşdiyi vaxta təsadüf edir.

ABŞ-ın yüksək rütbəli komandiri əsgərlə heç bir əlaqənin olmadığını deyib.

ABŞ Hind-Sakit Okean Komandanlığının komandanı admiral Con Aquilino Şimali Koreya ilə əlaqəni “izləmədiyini” bildirib.

O, Kingin icazəsiz sərhədi keçdiyini, “qaçaraq” həvəslə hərəkət etdiyini və insidentin ABŞ qüvvələri tərəfindən araşdırıldığını söyləyib.

Əsgərin Şimali Koreyaya qaçdığı və ya geri dönməyə ümid etdiyi bəlli deyil. Şimali Koreyadan hələlik heç bir xəbər yoxdur.

Ana səhifəDünyaABŞ əsgəri Şimali Koreyaya keçib