close

Putin Cənubi Afrika sammitinə qatılmayacaq

Foto: Meydan TV

Rusiya prezidentinin bu tədbirdə iştirakı Cənubi Afrikanı dilemma qarşısında qoyar

Rusiya Prezidenti Vladimir Putin BRİKS (Brazilya, Rusiya, Hindistan, Çindən ibarət ittifaq) ölkələrinin avqust ayında Cənubi Afrikada keçiriləcək sammitində “qarşılıqlı razılaşma əsasında” iştirak etməyəcək.

Prezidentin bəyanatında deyilir ki, Rusiyanı onun yerinə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.

Cənubi Afrika sammitə ev sahibliyi etməkdə dilemma ilə üzləşib, çünki Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) üzvü kimi Putinin iştirak edəcəyi təqdirdə, hərbi cinayətlər törətməsi iddiası ilə onu həbs etməsi tələb olunacaq.

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib.

Sədrlik bildirib ki, sammitdə Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın liderləri iştirak edəcək.

Ana səhifəDünyaPutin Cənubi Afrika sammitinə qatılmayacaq