close

ABŞ Navalnının ölümünə görə Putinə sanksiyalar tətbiq edəcək

Aleksey Navalnı. Foto: Meydan TV

Bayden siyasətçinin ölümünə görə Putini məsul sayır

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinin mərhum siyasətçi Aleksey Navalnının ölümünə görə Amerikanın sanksiyaları altına düşəcəyini bildirib.

O, bu barədə San-Fransiskoda Yuliya və Daria Navalnaya ilə görüşdən az sonra məlumat verib.

“Mən Navalnının həyat yoldaşı və qızı ilə görüşmək və mərhumun inanılmaz cəsarətli insan olduğunu söyləmək şərəfinə nail oldum. Sabah onun ölümünə görə məsuliyyət daşıyan Putinə qarşı sanksiyalar elan etməyi planlaşdırırıq”, – Bayden bildirib.

Baydenin sözlərinə görə, görüş zamanı Yuliya Navalnayanın ərinin mübarizəsini davam etdirəcəyini öyrənib.

Fevralın 16-da Aleksey Navalnının czəaçəkmə koloniyasında ölümü məlum olduqdan sonra Bayden bəyanat yayaraq, siyasətçinin ölümünə görə Vladimir Putini cavabdeh adlandırıb.

Rusiya ordusunun Ukraynaya genişmiqyaslı müdaxiləsi başladıqdan sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Putinə qarşı şəxsi sanksiyalar tətbiq edib.

2024-cü il fevralın 14-də Aleksey Navalnı Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyanın cəza kamerasına salınıb.

İki gün sonra fevralın 16-da isə Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həmin koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Fevralın 16-da həyatını itirən Aleksey Navalnının nəşi hələ də yaxınlarına verilmir.

Lyudmila Navalnaya həmçinin Putinə oğlunun nəşinin verilməsi tələbi ilə yazılı müraciət də edib.

Ana səhifəDünyaABŞ Navalnının ölümünə görə Putinə sanksiyalar tətbiq edəcək