close

ABŞ və Britaniya səfirləri Cavidin heykəli önündə Navalnını andılar

Aleksey Navalnı. Foto: Meydan TV

Ferqus Auld onu Rusiyada demokratiya üçün cəsarət göstərmiş siyasətçi adlandırdı

Fevralın 20-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld və ABŞ səfiri Mark Libbi Hüseyn Cavidin heykəli önündə Aleksey Navalnının xatirəsini yad ediblər.

Bu barədə Fergus Auld “X” (Twitter) səhifəsində paylaşım edib.

Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”, – deyə britaniyalı diplomat yazıb.

Foto: “X” (Twitter)

A.Navalnının vəfatından bir gün sonra Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin heykəli önündə Rusiyanın ictimai-siyasi fəalının xatirəsinə əklil qoyulmuşdu.

Fevralın 16-da Rusiyanın Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets dairəsinin Xarp qəsəbəsindəki koloniyada öldüyünü açıqlayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Avqustun 4-də Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Ana səhifəSiyasətABŞ və Britaniya səfirləri Cavidin heykəli önündə Navalnını andılar