close

ABŞ Yaxın Şərqə döyüş gəmiləri və təyyarələri göndərəcək

ABŞ-İran. Foto: tunasalmon/shutterstock

İranın HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab verəcəyi gözlənilir

ABŞ müdafiəni gücləndirmək üçün Yaxın Şərqə daha çox döyüş gəmiləri və döyüş təyyarələri göndərəcək.

Pentaqon bildirib ki, Vaşinqton İran və onun müttəfiqləri HƏMAS və Hizbullahın təhdidlərindən sonra müdafiəni gücləndirməyə qərar verib. Bunun üçün ABŞ ordusu Yaxın Şərqə əlavə döyüş təyyarələri, Hərbi Dəniz Qüvvələri isə döyüş gəmiləri yerləşdirəcək.

İranın HƏMAS lideri İsmayıl Haniyənin iki gün əvvəl Tehranda öldürülməsinə cavab verəcəyi gözlənilir. Bu hadisə Yaxın Şərqdə vəziyyətin qızışacağı fikrini yaradıb.

ABŞ-nin müdafiə naziri Lloyd Austin Yaxın Şərq və Avropaya ballistik raketləri vura bilən əlavə Hərbi Dəniz Kreyserləri və esmineslərinin göndərilməsini təsdiqləyib. O, həmçinin Yaxın Şərqə əlavə döyüş təyyarələri eskadronu göndəriləcəyini də deyib:

 “Ostin ABŞ qüvvələrinin müdafiəsini yaxşılaşdırmaq, İsrailin müdafiəsinə dəstəyi artırmaq və Birləşmiş Ştatların müxtəlif gözlənilməz vəziyyətlərə cavab verməyə hazır olmasını təmin etmək üçün ABŞ hərbi vəziyyətinə düzəlişlər etməyi əmr edib“, – Pentaqonun bəyanatında deyilir.

Pentaqonun bəyanatında vurğulanıb ki, daha çox quruda yerləşən ballistik raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə hazırlığı artıracaqlar.

Ana səhifəDünyaABŞ Yaxın Şərqə döyüş gəmiləri və təyyarələri göndərəcək