Yığma komanda Bakıda İsveçi məğlub edib
Futbol üzrə Azərbaycan milli komandası noyabrın 16-da AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Milli komanda Bakıda İsveç yığması ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:00-da start götürüb.
![](https://i1.wp.com/www.meydan.tv/wp-content/uploads/399843471_335613819074441_4546502870572848829_n.jpg)
F qrupunda yer alan hər iki komanda final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirmişdi. Bakıdakı görüşdə Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Yeddi oyundan sonra həm Azərbaycan, həm də İsveç millisinin 7 xalı var. Komandalar 3-4-cü yerləri bölüşürlər.
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını noyabrın 19-da, səfərdə Belçika yığmasına qarşı keçirəcək.