close

ADR-dən Ziyafət Abbasova ilə bağlı bəyanat: “Məsuliyyət İlham Əliyevin üzərindədir”

Foto: Ziyafət Abbasovanın şəxsi arxivindən

DİN fəalın Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürüldüyünü deyir

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası üzvü Ziyafət Abbasovanın ruhi dispanserə yerləşdirilməsini qanunsuz sayır.

Bu barədə partiyanın bəyanatında bildirilir.

ADR qeyd edir ki, iyunun 6-da səhər saatlarından etibarən partiyanın fəallarından olan Ziyafət Abbasova ilə əlaqələr telefonunun söndürülməsi səbəbilə kəsilib.

Bir gündən artıq araşdırmalardan sonra məlum olub ki, o, yaşadığı sığınacağın rəhbərliyinin  müraciəti əsasında öz  iradəsinə zidd olaraq ruhi dispanserə köçürülüb.

“Ziyafət Abbasovanı tanıyanların  hamısı onun psixoloji durumunun tam normal olduğunu bilirlər. Ona qarşı  rejimin  bu addımının onun kütləvi, mədəni tədbirlərdə fəal iştirakı,  eyni zamanda, sosial şəbəkələrdəki ardıcıl, tənqidi və sərt çıxışları ilə bağlıdır. Buna şübhə yeri qoymayıblar”, – deyə ADR qeyd edib.

Təşkilat bunu hakimiyyətin öz opponentlərinə qarşı növbəti repressiyası kimi dəyərləndirir:

 “Ziyafət  Abbasovanın tək günahı mövcud iqtidarın  qanunsuzluqlarını tənqid etməsidir. Hakimiyyətin  öz  tənqidçilərinə tolerant yanaşma  qabiliyyətinin olmaması, avtoritar  düşüncənin  yaratdığı dözümsüzlüyü, real  sosial,  hüquqi   və  demokratik  azadlıqlara kor  olması,  həqiqəti  ifadə  edən  şəxsləri,   hətta  psixoloji  dispanserə saldıracaq qədər  qəddar qərarların qəbuluna əl atmasına yol açır”.

Haqqında sərt və amansız qərar  alınmış  Ziyafət  Abbasovanın irsi  qan  xəstəsi olduğunu  rejim  rəhbərliyinin  diqqətinə  çatdıraraq  onun  daim ciddi  müalicəyə ehtiyacı  olduğunu  qeyd  edir və son  iki  gündə  ona  qarşı  tətbiq  olunmuş  qanunsuzluğun  və  zorakılığın  onun  səhhətində  yarada  biləcəyi  problemlərin  məsuliyyətinin  şəxsən  İlham  Əliyevin  üzərində  qalacağını  bildiririk”, – deyə təşkilat vurğulayıb.

Bəyanatda qeyd edilir ki, Ziyafət Abbasovanın saxlanıldığı vaxt  ona  qarşı  tətbiq  olunan  zorakılığın  təsirindən aldığı  mənəvi, psixoloji zərbələrə  rəğmən, səhhətində  ciddi  problemlərin  yaranması səbəbiylə bu  gün  gecə saatlarında Sabunçuda yerləşən  3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb.

Vəziyyətinin  qənaətbəxş  olmamasına  baxmayaraq , yerli  polis  bölməsinin  onun  haqqında indiyə  kimi   aldığı  qərarların  hüquqi  bazasını  yaratmaq  istiqamətində  qurama  istintaq  hərəkətlərinə baş  vurması  haqda  məlumatlar  var:

ADR Partiyası olaraq  Əliyev  hakimiyyətindən  insan  qatili  olmamasını,   psixoloji  durumu  tam normal  olan,  vicdanlı vətəndaş və dəyərli üzvümüz Ziyafət Abbasovanın   təqibinin  dərhal  dayandırılmasını, onunla  bağlı  başladığı  saxta  və  əsassız  oyunlara  son  verməsini  tələb  edirik”.

Mənbə: Azərbaycan Demokratiya və Rifah Partiyası

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib.

Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxması haqda məlumatlar yayılıb.

Məlumatlarda bildirilirdi ki, o, Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına getmək adıyla çıxıb və ondan heç bir xəbər yoxdur.

O, kitab təqdimatına da getməyib.

Üstündən 1 sutka keçəndən sonra – iyunun 7-də Daxili İşlər Nazirliyi onun ruhi-əsəb dispanserinə yerləşdirildiyini açıqlayıb.

İyunun 8-də isə Daxili İşlər Nazirliyi Ziyafət Abbasovanın  ruhi-əsəb dispanserindən Sabunçuda yerləşən  3 saylı Şəhər Klinik Xəstəxanasına köçürüldüyünü açıqlayıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Z.Abbasovanın müalicəsinin Sabunçu xəstəxanasında davam etdirildiyini bildirib.

Vətəndaş ruhi-əsəb dispanserində ixtisaslı həkim müayinəsindən keçirildikdən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına köçürülüb. Hazırda müalicəsini orada davam etdirir”, – N. Əliyev deyib.

Ziyafət Abbasova sosial media hesablarında hakimiyyəti, o cümlədən prezident və vitse-prezidenti tənqid edirdi.

Ana səhifəSiyasətADR-dən Ziyafət Abbasova ilə bağlı bəyanat: “Məsuliyyət İlham Əliyevin üzərindədir”