close

Afiyəddin Cəlilovun nəvəsi – qeyri-etik videolar çəkən yeniyetmə xəstəxanaya yerləşdirilib

Daxili İşlər Nazirliyi. Foto: DİN

 DİN yeniyetmə ilə bağlı məlumat yayıb

Bir müddətdir ki, sosial şəbəkələrdə müxtəlif yaş və kateqoriyadan olan vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmənin videoları yayılırdı. Sonuncu belə videoda yetkinlik yaşına çatmayan həmin şəxs küçədə yaşlı bir qadını qucağına götürərək, havada yellədir.

Sosial şəbəkələrdə həm də bu şəxsin barəsində tədbir görülməməsinə etiraz olunurdu.

Məlum olub ki, sözügedən yeniyetmə 2009-cu il təvəllüdlüdür. Orta məktəbin 9-cu sinif şagirdi olan bu yeniyetmə həm də 90-cı illərin əvvəllərində parlamentin sədr müavini, Prezidentin müşaviri olmuş Afiyəddin Cəlilovun nəvəsidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, yeniyetmə yanvarın 29-da valideyni ilə birlikdə polis idarəsinə çağırılıb və onun hərəkətlərilə bağlı araşdırma aparılıb.

“Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq, xəstəxanaya yerləşdirilib”, – Nurlan Əliyev əlavə edib.

Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da 48 yaşında Bakıda yaşadığı binanın blokunda qətlə yetirilib.

Ana səhifəSosialAfiyəddin Cəlilovun nəvəsi – qeyri-etik videolar çəkən yeniyetmə xəstəxanaya yerləşdirilib