close

Aİ Gürcüstanın inteqrasiyasını dayandırıb

Gürcüstan və Avropa İttifaqı. Foto: tanitost/shutterstock

Qərar  “Xarici təsirin şəffaflığı haqqında” Qanunun qəbul edilməsinə cavabdır

Avropa İttifaqının (Aİ) Gürcüstanın inteqrasiyası prosesini dayandırdığı bildirilir.

Bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə keçirilən konfransda deyib.

Xəbəri “Nastoyaşee vremya” yayıb.

Bildirilir ki, bu, ölkədə genişmiqyaslı etirazlara baxmayaraq, Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” Qanunu qəbul etməsindən sonra baş verib.

Herçinskinin sözlərinə görə, Aİ 2024-cü il üçün Gürcüstan hökumətinə 30 mln. avro ayrılmasını dondurub:

“Bu, yalnız ilk addımdır, digər addımlar da atılacaq. Gürcüstan hökumətinə yardım azaldılacaq və biz bu birbaşa yardımı vətəndaş cəmiyyətinə və kütləvi informasiya vasitələrinə yönəltməyə çalışacağıq”.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili iyunun 3-də “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsini imzalayıb.

Bununla da Gürcüstanda aylarla etirazlara səbəb olan, mübahisəli qanun layihəsi qüvvəyə minib.

May ayında qəbul edilmiş qanuna Gürcüstanın Prezidenti Salome Zurabişvili veto qoymuşdu.

Parlament vetonu ləğv edib, imzalaması üçün Prezidentə geri göndərmişdi, lakin Prezident qanunu təsdiqləməkdən imtina etmişdi.

Ana səhifəDünyaAİ Gürcüstanın inteqrasiyasını dayandırıb