close

Alla Puqaçovanın ailəsi ilə birgə İsraili tərk etdiyi bildirilir

Alla Puqaçova.Foto: arxiv

Müğənni Kiprə köçüb

Rusiyanın Xalq artisti, estrada müğənnisi Alla Puqaçovanın övladları ilə birlikdə İsraili tərk
etdiyi bildirilir.

Məlumata görə, ifaçı oğlu Harri və qızı Liza ilə birgə Kiprə köçüb və bir il orada yaşamağı düşünür.

Alla Puqaçova 2017-ci ildə Kiprdə dəyəri iki milyon dollardan (3,4 milyon manatdan artıq) çox olan villa alıb və buna görə də avtomatik olaraq bu ölkənin vətəndaşlığını əldə edib.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Alla Puqaçova və əri, komediya aktyoru Maksim Qalkin övladları ilə birlikdə İsrailə gediblər.

Alla Puqaçova müalicə və istirahət üçün ölkəni tərk etdiyini deyib.

Maksim Qalkin isə “İnstagram” səhifəsində Rusiyanın Ukraynada başlatdığı müharibəni pisləyib.

Bundan sonra Rusiya mətbuatında Maksim Qalkinə qarşı cinayət işi açıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Daha sonra Maksim Qalkin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib.

Maksim Qalkin bugünlərdə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda mümkün mühacirətdən danışıb və vurğulayıb ki, harasa getmək ehtimalı belə nəzərdən keçirilmir.

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Alla Puqaçova və Maksim Qalkinlə yanaşı, teleaparıcı, aktyor İvan Urqant, musiqiçi Andrey Makareviç də İsrailə köçüblər.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib.

Hazırda Qəzza bölgəsində müharibə davam edir.

Hər iki tərəfdən xeyli sayda insan itkisi və dağıntıların olduğu bildirilir.

Ana səhifəMədəniyyətAlla Puqaçovanın ailəsi ilə birgə İsraili tərk etdiyi bildirilir