close

Almaniya millisi Avropa çempionatında mübarizəni dayandırıb

Foto: Reuters

İspaniya və Fransa yarımfinalda qarşılaşacaq

İyulun 5-də Almaniyada təşkil olunan Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.

Günün ilk matçında İspaniya və Almaniya yığma komandaları üz-üzə gəlib. İspaniya 1/8 finalda Gürcüstanı (4:1), almanlar isə Danimarkanı (2:0) mübarizədən kənarlaşdırmışdı.

Saat 20:00-da başlayan oyun Ştutqart şəhərindəki “MHP Arena”da keçirilib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qol vuran ispanlar 2:1 hesablı qələbə sayəsində AÇ-2024-ün yarımfinalına yüksəliblər.

Növbəti oyunda isə Portuqaliya və Fransa milliləri qarşılaşıb. Portuqaliyalılar əvvəlki mərhələdə Sloveniyanı (0:0, penaltilər seriyasında 3:0), Fransa yığması isə Belçikanı (1:0) məğlub etmişdi.

Hamburqdakı “Folksparkştadion”da keçirilən görüş saat 23:00-da başlayıb. Qarşılaşmada hesab açılmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penalti seriyasına ehtiyac duyulub. Penalti zərbələrində daha dəqiq olan Fransa millisi yarımfinala vəsiqə qazanıb.

Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.

Ana səhifəİdmanAlmaniya millisi Avropa çempionatında mübarizəni dayandırıb