close

Pezeşkian İranın yeni Prezidenti seçilib

Foto: REUTERS

O, 53.7 faiz səslə rəqibinə qalib gəlib

Məsud Pezeşkian 53.7 faiz səs toplayaraq İranın növbəti Prezidenti seçilib.

O, rəqibi Səid Cəliliyə qarşı ikinci turun qalibi olub. İlk çıxışında bütün iranlılara əl uzatmağa söz verən Pezeşkian daha öncə bildirmişdi ki, “qarşıdakı çətin yol vətəndaşların yoldaşlığı, empatiyası və etibarı nəticəsində nəticəsində hamar ola bilər. Əlimi sizə uzadıram və şərəfimə and içirəm ki, sizi bu yolda tək qoymayacağam”.

İran Daxili İşlər Nazirliyi iyulun 6-da açıqlayıb ki, səslərin əksəriyyətini qazanaraq Pezeşkian İranın növbəti Prezidenti olub.

Foto: Reuters

Rəsmi hesablamalara görə, Pezeşkian səslərin 53,7 faizini və ya verilən 30 milyondan çox səsin 16,3 milyonunu toplayıb. Cəlili 44,3 faiz və ya 13,5 mln səslə uduzub.

Nazirliyin açıqlamasından qısa müddət sonra Cəlili məğlubiyyətini etiraf edərək “xalq tərəfindən seçilən hər kəsə hörmət edilməlidir” açıqlamasını verib.

“Ona təkcə hörmət edilməli deyil, indi biz bütün gücümüzü sərf etməli və güclü irəliləməsinə kömək etməliyik”.

Siyasi analitiklərin fikrincə, Pezeşkianın zəfəri praqmatik xarici siyasətin təşviqi, 2015-ci il nüvə sazişini canlandırmaq üçün böyük dünya gücləri ilə hazırda dalana dirənmiş danışıqlarda gərginliyi azalda bilər. Həmçinin İranda sosial liberallaşma perspektivlərini yaxşılaşdıracaq.

Hər iki prezidentliyə namizəd ABŞ-nin o zamankı Prezidenti Donald Trampın nüvə sazişindən birtərəfli qaydada imtina etməsindən sonra 2018-ci ildən bəri tətbiq edilən yanlış idarəetmə və sanksiyaların təsiri altına düşmüş iqtisadiyyatı canlandırmağa söz vermişdilər.

İranın son Prezidenti, ultramühafizəkar İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Beləliklə, İran erkən prezident seçkilərinə gedib.

Ana səhifəDünyaPezeşkian İranın yeni Prezidenti seçilib