close

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü

Foto: ANAMA

Ağdam Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırma başlayıb

Dekabrın 26-da Ağdam rayonunun Sarıcalı kəndi ərazisində mina partlayıb. Hadisə Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaların təmizlənməsiylə bağlı vəzifəsini yerinə yetirərkən baş verib. Nəticədə Agentliyin əməkdaşı Zaur Mahmudov xəsarət alıb.

41 yaşlı Zaur Mahmudovun Ağdam rayon Xəstəxanasına çatdırıldığı, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ağdam Rayon Prokurorluğunda hadisə ilə bağlı araşdırma başlayıb.

“1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır”, – Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Ana səhifəBölgəANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü