close

Avropa Liqası: “Qarabağ” ilk oyununu keçirib

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Finlandiya klubu üzərində qələbəyə sevinib

“Qarabağ” klubu avqustun 10-da UEFA Avropa Liqasında ilk oyununu keçirib.

“Köhlən atlar” 3-cü təsnifat mərhələsinin ilk matçında Bakıda Finlandiyanın HJK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç saat 20:00-da başlayıb.

Bundan əvvəl Polşanın “Rakuv” klubuna uduzaraq UEFA Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasına qələbə ilə başlayıb. Ağdam təmsilçisi HJK ilə ilk görüsdə 2:1 hesablı qələbəyə sevinib.

Komandalar arasında cavab oyunu avqustun 20-də Finlandiyada keçiriləcək.

Ana səhifəİdmanAvropa Liqası: “Qarabağ” ilk oyununu keçirib