close

“Sabah” Konfrans Liqasında qələbə qazanıb

Foto: “Sabah”ın sosial media hesabı

Masazır təmsilçisi “Partizan”ı məğlub edib

“Sabah” komandası avqustun 10-da UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Rusiyalı mütəxəssis Murad Musayevin baş məşqçisi olduğu komanda Masazırdakı stadionunda Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Oyun saat 20:00-da start götürüb.

Qarşılaşma “Sabah”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də keçiriləcək.

Ana səhifəİdman“Sabah” Konfrans Liqasında qələbə qazanıb