close

Avropa Parlamenti Ukraynaya 50 milyardlıq yardım paketini təsdiqləyib

Avropa Birliyi-Ukrayna. Foto: Matt Valentine/shutterstock

Ursula von der Leyen Ukraynanı cəsarətli tərəfdaş adlandırıb

Avropa Parlamenti Ukraynaya 50 milyard avro dəyərində yeni yardım paketinin verilməsini təsdiqləyib.

Parlamentin 615 üzvündən 536-sı yeni fondun lehinə səs verib, 40 deputat əleyhinə olub, 39 nəfər isə bitərəf qalıb.

Avropa Parlamentinin məlumatında bildirilir ki, Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləyir və lazım olduğu müddətdə bunu davam etdirəcək.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen fevralın 26-da bildirib ki, Aİ martda 50 milyard avroluq fonddan Ukraynaya ilk ödənişlərə başlamağı planlaşdırır.

O qeyd edib ki, Avropa öz sözünə sadiqdir və cəsarətli tərəfdaşa çox ehtiyac duyulan maliyyə dəstəyi verməyə davam edəcək.

2024-cü il fevralın 1-də Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları 2024-2027-ci illər ərzində Ukraynaya dəstək üçün 50 milyard avroluq Ukrayna Fondunun yaradılması barədə yekdil qərar qəbul ediblər.

Yeni fond 2024-2027-ci illər üçün Ukraynaya geniş, proqnozlaşdırıla bilən və çevik yardıma imkan verən Aİ büdcə dəstəyini vahid alətdə birləşdirəcək.

Ana səhifəXəbərlərAvropa Parlamenti Ukraynaya 50 milyardlıq yardım paketini təsdiqləyib