close

Simfonik Orkestr, Xalq Çalğı Alətləri Orkestri və Xor Kapellası AzTV-dən alındı

Az.TV. Foto: Azərbaycan Televiziyası

Kollektivlər Mədəniyyət Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinin tabeliyinə verilib

Baş nazir Əli Əsədov Simfonik Orkestr, Xalq Çalğı Alətləri Orkestri və Xor Kapellası ilə əlaqədar sənəd imzalayıb.

Qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tabeliyində olan bu kollektivlər Mədəniyyət Nazirliyinin Beynəlxalq Muğam Mərkəzinə verilib.

Sənəddə qeyd edilir ki, kollektivlərin bu il üçün maliyyələşdirilməsi 2023-cü il dövlət büdcəsindən AzTV-yə ayrılan maliyyə əsasında Mədəniyyət Nazirliyinin sifarişi ilə olacaq.

Mədəniyyət Nazirliyi və Maliyyə Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə almalı və bu Qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.

Dövlət Simfonik Orkestri 1920-ci ildə, Dövlət Xalq Çalğı Alətləri Orkestri isə 1931-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılıb.

Xor Kapellası Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılıb.

Ana səhifəXəbərlərSimfonik Orkestr, Xalq Çalğı Alətləri Orkestri və Xor Kapellası AzTV-dən alındı