close

AZAL BMT- nin Qlobal Sazişinə üzv olub

Foto: arxiv

Şirkət 10 psinsipə əməl etməlidir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Birləşmiş Millətlər Təşkilanın (BMT) Qlobal Sazişinə üzv olduğunu elan edib.

Bu saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür. Biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədi daşıyır.

Sazişə üzv olmaqla AZAL ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqi, insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı 10 prinsipə əməl etməyi öhdəsinə götürür. Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyini təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır. İndiyədək AZAL-la bağlı ən böyük sıxıntı qiymətlərin baha olması, monopolist mövqe sərgiləyib, aşağı büdcəli aviaşirkətləri sıxışdırmasıdır. Eyni zamanda, şirkətin baha qiymətlərinə baxmayaraq, daim ziyanla işləyib, dövlətdən subsidiyalar alıb, dövlət hesabına borclanması da başqa mövzudur.

Ana səhifəXəbərlərAZAL BMT- nin Qlobal Sazişinə üzv olub