close

Azərbaycan gömrükdə pulları əlindən alınmış əcnəbilərə kompensasiyanı tam ödədiyini deyir

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Serpil Para 210 min avro, Katsunori Hyodoya isə 227 min 600 manat ödənib

Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Serpil Par və Katsunori Hyodo Azərbaycana qarşı” qərarını tam icra edib.

Bu barədə hökumətin Avropa Şurası Nazirlər Komitəsinə təqdimatında vurğulanır.
Beləliklə, Azərbaycan Serpil Para 210 min avro, Katsunori Hyodoya isə 227 min 600 manat ödəyib.

Ali Məhkəmənin Plenumu isə ərizəçilər haqda yerli məhkəmələrin çıxardığı qərarların hamısını ləğv edib.

AİHM Serpil Par və Katsunori Hydoo barəsindəki qərarı 2021-ci ilin sonunda elan edib.
Türkiyə vətəndaşı Serpil Par və yaponiyalı Katsunori Hydoo Azərbaycanda hava limanında saxlanılıblar. Gömrükçülər rəsmi qaydada bəyan etməmələrini əsas gətirərək Serpil Parın üzərindəki 210 min 100 avronu, Katsunori Hydonun isə 127 min 500 avrosuna əl qoyublar.
Ərizəçilər bunu qanunsuz hesab edib, Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdi.

AİHM bu işdə iddia olunan pozuntunu – mülkiyyət hüququnun pozuntusu kimi tanıyıb. Azərbaycan hökumətinin üzərinə həmin vəasitələri geri vermək öhdəliyi qoyub.

Ərizəçilər gömrük qurumları tərəfindən onlardan götürülən bəyan edilməmiş pul vəsaitlərinin dövlət orqanları tərəfindən müsadirə olunmasını Konvensiyanın 1 saylıProtokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirib.

Serpil Par 1960-cı ildə anadan olub və Türkiyənin İstanbul şəhərində yaşayır. İkinci ərizəçi Katsunori Hydoo 1973-cü il doğumludur, Yaponiyanın Yokohama şəhərində yaşayır. Onları məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkil M.Mustafayev təmsil edib.

Ana səhifəSiyasətAzərbaycan gömrükdə pulları əlindən alınmış əcnəbilərə kompensasiyanı tam ödədiyini deyir