close

Azərbaycan ordusuna məxsus “KamAZ” minaya düşüb: ölən və yaralanan var (yenilənib)

Soldakı Əkrəm Şadmanov, sağdakı Tural Seyidov. Mənbə: Hərbçilərin yaxınları

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin iki hərbçisinin həlak olması, birinin isə yaralanmasıyla əlaqədar cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsi və Ağdam Hərbi Prokurorluğunun əməkdaşları ilkin prosessual yoxlama aparıb.

Fakta görə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə qəsdən adam öldürmə), 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyətilə qəsdən adam öldürməyə cəhd) və başqa maddələrilə cinayət işi başlanıb. Ekspertizalar təyin edilib.

Baş Prokurorluq. Foto: Meydan TV


Nazirlik hadisəni terror kimi qiymətləndirib

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus “KamAZ” markalı hərbi nəqliyyat vasitəsinin minaya düşdüyü bildirilir.

Bu barədə sentyabrın 25-də Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan mövqelərinin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində hərbçilər Əkrəm Şadmanov və Tural Seyidov şəhid olub”, – deyə rəsmi açıqlamada qeyd olunub.

Nazirlik digər hərbçi Elvin Əliyevin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını əlavə edib:

“Yaralı hərbçiyə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”.

Ana səhifəSiyasətAzərbaycan ordusuna məxsus “KamAZ” minaya düşüb: ölən və yaralanan var (yenilənib)