close

Azərbaycan orta aylıq əmək haqqına görə qonşularından geri qalır

Azərbaycanda əmək haqqı. Foto: Black Pearl Footage/shutterstoc

DSK muzdla çalışan işçilərin maaşını açıqlayıb

Azərbaycanda 2023-cü ilin 8 ayında muzdla çalışan işçilərin orta aylıq maaşı 923 manat olub. Dövlət Statistika Komitəsinin ölkədəki əmək haqqı ilə bağlı yaydığı ən son məlumatda belə deyilir. Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artım deməkdir.
 923 manatlıq maaş 1706,6 min nəfərə aiddir. Onlardan 887,7 min nəfər dövlət sektorunda, 818,9 min nəfər isə qeyri-dövlət sektorunda çalışır.

Cənubi Qafqazda ən aşağı əmək haqqı

 2023-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq əmək haqqı 1716.6 lari (1086.27 manat) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz və ya 270,1 lari artım deməkdir.
 2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanda orta aylıq əmək haqqı 269,729,000 dram (1162 manat) olub.

Azərbaycanın qonşularında

İranda orta aylıq əmək haqqı 44.900.000 rialdır (1796 manat). Bu ölkədə ən yüksək əmək haqqı isə 200,000,000 rial (8 min manat) hesab edilir.

Rusiyada orta aylıq əmək haqqı ayda 94,900 rubldur (1670 manat). Bu ölkədə orta saatlıq əmək haqqı 600 rubl və ya 10.55 manatdır. Minimum əmək haqqı isə ayda 16,242 rubl (286 manat) təşkil edir.

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı 25 faiz artımdan sonra Türkiyədə minimum əmək haqqı 11 min 396 (700 manat) lirəyə yüksəlib. Dövlət qulluqçusunun orta aylıq əmək haqqı isə artımla 25 min 15 lirəyə (1535 manat) qalxıb.

Məlumatlardan görünən odur ki, Azərbaycandakı orta aylıq əmək haqqı həm Cənubi Qafqazda, həm də digər qonşuları arasında ən aşağı olanıdır.

Ana səhifəİqtisadiyyatAzərbaycan orta aylıq əmək haqqına görə qonşularından geri qalır