close

İsraildə daha bir Azərbaycan əsilli vətəndaşın həlak olduğu bildirilir

Foto: Reuters

XİN indiyədək 7 vətəndaşın öldüyünü deyir

İsraildə HƏMAS-ın hücumları nəticəsində daha bir Azərbaycan əsilli İsrail vətəndaşının öldüyü bildirilir.

Bu barədə Meydan TV-yə oktyabrın 12-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O deyib ki, indiyə qədər həlak olan Azərbaycan əsilli İsrail vətəndaşlarının sayı 7-dir:

“Şamil Abbasov, Emin Axundov, İlkin Nəzərov (Azərbaycan vətəndaşı), Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir), Roman Gandel (İsrail vətəndaşı), Eden Abdullayev (İsrail vətəndaşı), Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir)”.

Yaxın Şərqdə nə baş verir?

Oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailə hücum edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar 7 oktyabrı 2001-ci ilin 11 sentyabrına bənzədib:

“Bu, bizim 11 sentyabr hadisəmizdir. Onlar bizi təəccübləndirdi və bir çox yerdən – həm havadan, həm yerdən, həm də dənizdən sürətlə gəldilər”.

HƏMAS-ın Livandakı nümayəndəsi Usamə Həmdan “Reuters”ə deyib ki, hücum fələstinlilərin İsrailin hərbi gücü və imkanlarından asılı olmayaraq məqsədlərinə çatmaq iradəsinə malik olduğunu göstərib.

Ana səhifəXəbərlərİsraildə daha bir Azərbaycan əsilli vətəndaşın həlak olduğu bildirilir