close

Azərbaycanda Müstəqillik Günüdür

18 oktyabr Müstəqillik Günü. Foto: Labib Retroman/shutterstoc

2021-ci ildə yeni qanun qəbul edilib, ad dəyişdirilib

18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.

Sənədin lehinə Ali Sovetin 360 deputatından 231-i səs verir, qalanları ya sessiyaya qatılmayıb, ya da əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1992-ci ilin mayında Milli Məclis Azərbaycanın Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayrağı və içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbini təsdiqləyib.

2021-ci ilin 15 oktyabrında Milli Məclis “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib.

Qanuna əsasən, Dövlət Müstəqilliyi Günü Müstəqilliyin Bərpası Günü elan edilib.

Ana səhifəSiyasətAzərbaycanda Müstəqillik Günüdür