close

Britaniyada inflyasiya ölkə iqtisadiyyatını təzyiq altında qoyub

Britaniyada inflyasiya. Foto: zamzawawi isa/shutterstock

“Biz ailələrə və bizneslərə təzyiqi azalda bilərik”

Dünya bazarlarında neftin qiyməti qalxandan sonra Böyük Britaniyada inflyasiya proqnozlaşdırılandan yüksək olub – 6.7 faiz artıb.

Sentyabrda bu ölkədə inflyasiyanın yavaşlayacağı düşünülürdü.

İngiltərə Statistika İdarəsi oktyabrln 18-də açıqlama verərək istehlak qiymətləri indeksinin əvvəlki ilə nisbətən 6,7 faiz artdığını bildirib. Halbuki əvvəlki aya baxanda 0,1 faiz enəcəyi gözlənilirdi.

Ölkənin Mərkəzi Bankının rəsmiləri inflyasiyanı 2 faizlik həddə qaytarmaq istəyirlər. Bunun üçün daha nələr edə bilərlər deyə noyabrın 2-də keçirəcəkləri görüşdə müzakirə edəcəklər.
Bütün bunlar ölkə iqtisadiyyatını təzyiq altına qoyub.

“Bloomberg” yazır ki, ölkələr inflyasiya ilə mübarizə istiqamətində qətiyyətli addımlar atıb. Bu da ailələr və bizneslər üçün pul problemi yaradır.

Nəticədə elə Böyük Britaniya şirkətləri xərcləri azaltmaq üçün mübarizə apardıqca, məşğulluq azalır, tənəzzülə sürüklənir.

Məsələn, avqust-sentyabr aylarında Britaniyada avtomobil yanacağının qiyməti bir il əvvəlki vaxta nəzərən 3,6 faiz artıb.

Restoran və otellər üzrə illik inflyasiya da 8,3 faizdən 8,6 faizə yüksəlib.

“Digər G-7 ölkələrində gördüyümüz kimi, inflyasiya nadir hallarda düz xəttə düşür, lakin planımıza sadiq qalsaq, bu il onun hələ də aşağı düşəcəyini gözləyirik”, – Maliyyə Nazirliyinin kansleri Ceremi Hant deyib.

O bildirib ki, bugünkü xəbərlər bunun daha da vacib olduğunu göstərir:

“Biz ailələrə və bizneslərə təzyiqi azalda bilərik”.

Ana səhifəİqtisadiyyatBritaniyada inflyasiya ölkə iqtisadiyyatını təzyiq altında qoyub