close

Azərbaycanda narkotik cinayətlərində artım var

Narkotika. Foto: DİN

Son 6 ayda baş verən cinayət hadisələrinin statistikası açıqlanıb

İlin ilk altı ayında Azərbaycanda 19 min 533 cinayət hadisəsi qeydə alınıb.

Onun 31 faizə qədəri, yaxud 5884-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda belə deyilir.

Narkotik maddələrlə bağlı cinayətlərin 61,6 faizi şəxsi istehlak miqdarından artıq əldə etmə, saxlama, hazırlama, daşıma ilə bağlıdır.

34,7 faiz eyni hərəkətləri satış məqsədilə etmək, 2,8 faizi isə tərkibində narkotik maddələr yetişdirmə, 0,8 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə əlaqəlidir.

Son altı ayda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 4225 insan məsuliyyətə cəlb edilib.

Dövlət Statistika Komitəsi
Source: stat.gov.az

Qurum bildirir ki, onların 35,7 faizi əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir. Üstəlik, bu da ötən ilin eyni zamanı ilə müqayisədə 13 faiz artıb.

Cinayət törətmiş şəxslərin 99,3 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 0,7 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərin 71,3 faizi heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslərdir”, – məlumatda bildirilir.

DSK qeyd edir ki, ilin ilk yarısında narkotiklə bağlı inzibati xəta törətmiş 754 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azdır.

Müsadirə edilən narkotik vasitələrə gəlincə, 3537,3 kiloqram olub.

Ötən ilə baxanda 39,2 faiz çoxdur.

Cinayət törətmiş şəxslərin 71,3 faizi heç yerdə işləməyən və oxumayanlar, 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 5,9 faizi 18-24 yaşlı, 16,5 faizi 25-29 yaşlı gənclər, 77,4 faizi isə 30 və yuxarı yaşlı şəxslərdir”.

Dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 2133,9 kiloqramının marixuana, 1005,4 kiloqramının heroin, 171,7 kiloqramının tiryək, 49,8 kiloqramının həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramının kokain, 176,0 kiloqramının isə başqa narkotik və güclü təsiredici vasitələr olduğu bildirilir.

Ən son açıqlanan məlumata görə, Avropa Şurasına daxil olan ölkələrin həbsxanalarında 981 min 575 məhbus var.

Ən çox məhbus Türkiyədədir: 303 min 945 nəfər.

Növbəti yerlərdə – İngiltərə 79 min, Polşa 72 min, Fransa 70 min, Almaniya 56 min, Ukrayna 48 minlə gəlir.

2022-ci ilin yanvarında Azərbaycan həbsxanalarında 22 min 334 məhbus olub.

Məhbus əmsalı rəqəmlərinə gəlincə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 217 məhbus düşür.

Ölkə bu göstəriciyə görə, ilk üçlüyə daxildir.

Türkiyə üçün bu rəqəm 355, Gürcüstan üçün 237-dir.

Ana səhifəSosialAzərbaycanda narkotik cinayətlərində artım var