close

Azərbaycanda niyə kütləvi mitinqlər keçirilmir?

Sərhədin o tayında son illərin ən ehtişamlı mitinqləri keçirilir. Tbilisidə insanlar küçələrə axışıb tələblərini səsləndirirlər. Sərhəddin bu tayında isə səslər elə beşikdəcə boğulur.

Hakimiyyəti boyunca müxalif səsləri susduran Əliyev iqtidarı zaman-zaman etiraz edən kəsimə qarşı repressiya dalğası başladır. Ötən ilin sonu başlayan bu dalğa yeni yaranan siyasi və ictimai platformaları sıradan çıxardı. İki müstəqil medianın ofisi qapadıldı, əməkdaşları həbs olundu. İlham Əliyevsə dayanmaq bilmir.

Azərbaycanda müxalifət 5 ilə yaxındır kütləvi mitinqlər təşkil edə bilmir. Azərbaycan Xalq Cəbhəsi Partiyası 3 dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, hər dəfə də “yox” cavabı alıb. Mitinqlərin keçirilməsi məqbul hesab olunmayıb.

Partiya sədri müşahidələrinə görə deyir ki, hakimiyyətin razılıq vermədiyi aksiyalara sadə insanlar çıxmağa çəkinir. İşdən çıxarılma, təhdid, həbs, işgəncə – mitinqə çıxanlar bu bədəlləri ödəməli olur.

Bəs Bakı sakinləri nə düşünür? Ölkədə niyə etiraz aksiyaları keçirilmir?

Siyasi şərhçi Azər Qasımlının fikrincə, Azərbaycanda totalitar rejimin formalaşmasında iqtidar qədər müxalifətin də rolu var.

Cəmiyyətin sərbəst toplaşmaq azadlığını nə zaman geri qazanacağı bəlli deyil. Nəticədə etiraz etmək təkcə haqsızlıqlara qarşı bir reaksiya deyil, daha azad və ədalətli gələcək üçün bir ümiddir.

Ana səhifəVideoAzərbaycanda niyə kütləvi mitinqlər keçirilmir?