Parlament seçkilərinə bir neçə gün qalıb. Azərbaycanda seçki ab-havası necədir?
“Seçki mürəkkəb məsələdir və heç də yalnız seçki günündən ibarət bir siyasi proses deyil. Seçkidən əvvəlki mühit əlverişli olmalıdır. Yəni sərbəst toplaşmaq azadlığı, media azadlığı təmin olunmalıdır. Demokratik mühit olmalıdır. Seçki öncəsi mühit yoxdursa, seçki günündən danışmağa dəyməz. Azərbaycanda səs vermək hüququ var, seçmək hüququ yoxdur”.